«Kapital Bank» inkassator maşınının qəzaya uğraması ilə bağlı rəsmi açıqlama yayıb

«Kapital Bank» inkassator maşınının qəzaya uğraması ilə bağlı rəsmi açıqlama yayıb
# 10 fevral 2014 10:37 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində Bankın inkassator maşınının qəzaya uğraması xəbəri ilə bağlı rəsmi açıqlama yayıb.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, qəza zamanı həlak olan şəxs kassir, yaralananlardan biri inkassator, digəri isə sürücü-inkassatordur. Yaralılar Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bankın açıqlamasında bildirilir ki, Biləsuvar rayonuna gedərkən qəzaya uğramış maşındakı vəsaitlərin mühafizəsi üçün əraziyə dərhal başqa inkassator maşını göndərilib və təhlükəsizlik tədbirləri tam təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR