«Bolkart» sahibləri üçün yubiley nağdlaşdırması keçirilir

«Bolkart» sahibləri üçün yubiley nağdlaşdırması keçirilir
# 11 fevral 2014 14:01 (UTC +04:00)

Bakı - APA-Economics. Yaranmasının 20 illiyi ilə əlaqədar «Bank of Baku» ASC «Bolkart» sahibləri üçün yeni nağdlaşdırma kampaniyası keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, fevralın 11-16-da kartdan pul çıxaran «Bolkart» sahibləri, martın 16-dək faizsiz ödəniş imkanı qazanır.

Nağdlaşdırmaya görə komissiya haqqı 1,4%-dir. Bu, «Bolkart» nağdlaşdırma kampaniyaları dövründə ən aşağı komissiya haqqıdır.

Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Bankın bankomatlarının dəqiq ünvanları burada: www.bankofbaku.com/az/filials-and-atms/atms/. Hazırda 200 minə yaxın Azərbaycan vətəndaşı «Bolkart»dan istifadə edir.

«Bolkart»ı www.bolkart.az/#openorder sayından onlayn sifariş etmək, ətraflı məlumatı isə www.facebook.com/Bolkart saytından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR