ABŞ-da 4 nəfər güclü qarın qurbanı olub

ABŞ-da 4 nəfər güclü qarın qurbanı olub
# 12 fevral 2014 02:30 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında artıq 4 nəfər güclü qarın qurbanı olub. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insidentlər yol qəzaları və qarın yığışdırılması zamanı baş vermiş bədbəxt hadisələr nəticəsində qeydə alınıb.

ABŞ-ın 8 ştatında – Virciniya, Merilend, Şimali və Cənubi Karolina, Corciya, Alabama, Missisipi və Luizianada tüğyan edən güclü qar fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olub.

Şimali Karolina və Corciya ştatlarında fevralın 13-dək bütün məktəblər bağlanıb. Corciyaya elektrik enerjisinin verilişi dayandırılıb. Sinoptiklərin proqnozuna əsasən, yaxın 2 sutkada ərzində fasiləsiz güclü qar yağacağı gözlənilir, ilk 24 saat ərzində isə 25 sm-dək qar yağacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR