ABŞ Dövlət Departamenti: “İranın neft alıcılarına qarşı təzyiqlər davam edəcək”

ABŞ Dövlət Departamenti: “İranın neft alıcılarına qarşı təzyiqlər davam edəcək”
# 11 dekabr 2013 16:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın neft alıcılarına qarşı təzyiqlər davam edəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib.

Onun sözlərinə görə, hazırda İranla “altılıq” ölkələri arasında nüvə razılaşmasının ilkin və son addımlarının icrası ilə bağlı müzakirələr aparıldığı üçün bu ölkənin tikinti, neft və bank sektoruna tətbiq edilmiş əsas sanksiyalar öz qüvvəsində qalmaqdadır: “Biz ağır diplomatik fəaliyyət və yorulmaq bilmədən Hindistan, Yaponiya, Cənubi Koreya və digər ölkələrlə qarşılıqlı anlaşma yolu ilə İrana qarşı neft sanksiyasının qüvvədə qalmasına nail olduq. Ancaq bu vəziyyətin həmin ölkələr üçün asan olmadığını bilirik. Lakin bu işi görməyi bacardıq. Çünki təzyiqlər İrana nüvə proqramının yalnız diplomatik yolla nizamlanmasına nail olmağımıza gətirib çıxardı və bu da dünyanın xeyrinədir”.

Mari Harf həmçinin deyib ki, ABŞ hökuməti fəal şəkildə və bütün səyi ilə Cenevrə razılaşmasının ilkin addımlarının icrası zamanı İrana qarşı tətbiq edilmiş sanksiyaların pozulmasının qarşısını alacaq.

Eyni zamanda sözçü vurğulayıb ki, ABŞ həmişə İsraillə İranın nüvə proqramı ilə bağlı narahatlığını bölüşmək üçün təmas halında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR