Dow Jones indeksi 1,4%, S&P 500 1,2%, Nasdaq 1,5% enib

Dow Jones indeksi 1,4%, S&P 500 1,2%, Nasdaq 1,5% enib
# 14 mart 2014 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 16 109 bəndədək, S&P 500 1,2% - 1 846 bəndədək, Nasdaq 1,5% - 4 260 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi müsbət statistikaya baxmayaraq baş verib. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə 315 min azalıb, pərakəndə ticarət dövriyyəsinin həcmi isə fevral ayında aylıq müqayisədə 0,3% artıb.

Avropa fond bazarlarında martın 13-də FTSE 100 indeksi 1,0% - 6 554 bəndədək, Almaniya DAX-ı 1,9% - 9 018 bəndədək, Fransa CAC-40-ı isə 1,3% - 4 251 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% azalaraq 1 371,70 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3860 dollar (-0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR