Azad Rəhimov: “Gənclər və İdman Nazirliyində korrupsiya faktı aşkarlanmayıb"

Azad Rəhimov: “Gənclər və İdman Nazirliyində korrupsiya faktı aşkarlanmayıb"
# 23 aprel 2014 10:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. "Hesablama Palatası son illər ərzində Gənclər və İdman Nazirliyində və digər nazirliklərdə yoxlamalar aparır. Bizim nazirlikdə korrupsiya faktı aşkarlanmayıb".

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Hesablama Palatasının yoxlamalarının nəticəsi ilə bağlı təhlilin Milli Məclisə təqdim edildiyini bildirən nazir bunları deyib: "Sonuncu təqdimatda qeyd olunan nöqsanlar aradan qaldırılmışdı. Problemsiz, normal bir şəkildə yoxlamalar gedib. Nədənsə bəzi mətbuat orqanlarında, saytlarda, əsasən də müxalifət yönümlü saytlarda yazmışdılar ki, Daşkəsən rayonu ilə bağlı təyinatımız dəyişilib. Bununla bağlı Nazirlər Kabinetinin qərarı, sərəncamı var. Xoşbulaq deyilən ərazidə Olimpiya İdman Kompleksinin təməli qoyulmuşdu. Xoşbulaq rayon mərkəzindən 20 kilometr uzaq məsafədə yerləşdiyi üçün, gənclərin orada məşq eləməsi çətin idi və ona görə də Gənclər Mərkəzi Daşkəsəndə tikildi. Bu, prezidentimizin tapşırığına əsasən oldu. Artıq həmin mərkəz hazırdır və istifadəyə verilib. Yəni, burada korrupsiya faktı yoxdur".

Digər komplekslərin fəaliyyətə başladığını deyən nazir “Biz həqiqətən də böyük problem görmürük, bəzi hallarda tikilini inşa edən təşkilatlar hər hansısa nöqsanlara yol verirlər. Biz çalışırıq onları aradan qaldıraq", deyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR