Çexiyanın sabiq baş nazirinə korrupsiya işi ilə bağlı ittiham irəli sürülüb

Çexiyanın sabiq baş nazirinə korrupsiya işi ilə bağlı ittiham irəli sürülüb
# 12 fevral 2014 01:42 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, siyasətçinin vəkili Yozef Ljiçarj açıqlamasında bildirib ki, Pyotr Neças parlament üzvlərini rüşvətlə ələ almaqda təqsirləndirilir.

Sabiq hökumət başçısı dəfələrlə səlahiyyətlərinin aşmasına yol verdiyini inkar edib.

Xatırladaq ki, ötən yay prokurorluq Pyotr Neçasın yaxın silahdaşı, hökumət aparatının rəhbəri Yana Nadyovanı korrupsiya və hakimiyyətdən sui-istifadə etməkdə ittiham edib. Qeyd olunan qalmaqalın fonunda nazirlərin hamısı istefaya getmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR