Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsinin yeni inzibati binasının açılışı olub - FOTOSESSİYA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsinin yeni inzibati binasının açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 12 fevral 2014 13:59 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi üçün yeni tikilən inzibati binanın açılış mərasimi olub. APA-nın məlumatına görə, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış ediblər.

A. Rəhimov deyib ki, prezident İlham Əliyev 2012-ci ilin fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanla şəhər, rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması bu sahədə çalışan hər kəsə öz məsuliyyətini daha dərindən dərk etməyə imkan verib. Qeyd edilib ki, son vaxtlar xidmətin yerli şöbələri üçün yeni inzibati binalar tikilir və ya mövcud binalar əsaslı təmir edilir. Xidmətin yerli şöbəsi üçün ilk inzibati bina Ağsu rayonunda tikilib. Ümumi sahəsi 2500 kvadratmetr olan üç mərtəbəli binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada 21 iş otağı, o cümlədən iclas zalı, çağırışçılarla iş bölməsi, səfərbərliyə hazırlıq və səfərbərlik bölməsi, qeydiyyat otağı, növbətçi, məxfi hissə, tibbi komissiya üçün 12 otaq fəaliyyət göstərir. Bu günədək xidmətin Sumqayıt şəhər idarəsinin inzibati binası əsaslı təmir edilib, hazırda isə Bakının Nizami, eləcə də Qəbələ və Füzuli rayon şöbələri üçün yeni inzibati binaların inşası həyata keçirilir.

Çıxışlardan sonra binanın rəmzi açılışını bildirən lent kəsilib, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanışlıq olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR