Ağstafada yük avtomobili heyvan sürüsünü vurub, xeyli sayda inək ölüb - VİDEO

Ağstafada yük avtomobili heyvan sürüsünü vurub, xeyli sayda inək ölüb - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 12:20 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Bakı-Qazax-Gürcüstan avtomobil yolunda yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə magistral yolun 473-cü km-də, Ağstafa rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini Ruslan Mehtiyevə məxsus “Shacman” markalı avtomobil yüksək sürətlə hərəkət edərək iri buynuzlu heyvan sürüsünü vurub. Qəza zamanı 11 baş iri buynuzlu heyvan ölüb, bir neçəsi isə zədə alıb. Qəza zamanı Bakı - Qazax rayonu istiqamətində hərəkətdə olan Səhəddin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə də ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR