Bakıda baş verən yol qəzasında sürücü və həyat yoldaşı xəsarət alıb

 Bakıda baş verən yol qəzasında sürücü və həyat yoldaşı xəsarət alıb
# 26 fevral 2014 15:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Zirə qəsəbəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Cavanşir Əlisafa oğlu Babayevin idarə etdiyi “VAZ 21-07” markalı avtomobillə , 1956-cı il təvəllüdlü Ulduz İsgəndər oğlu Kamalovun idarə etdiyi “Shacman” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində C. Babayev və həyat yoldaşı 1978-ci il təvəllüdlü Arzu Yusif qızı Babayeva ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR