Ukrayna Avropa Birliyi ilə assosiativ Sazişin siyasi hissəsini gələn həftə imzalayacaq

Ukrayna Avropa Birliyi ilə assosiativ Sazişin siyasi hissəsini gələn həftə imzalayacaq
# 12 mart 2014 19:18 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Polşanın baş naziri Donald Tusk Almaniya kansleri Anqela Merkel ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Assosiativ Sazişin siyasi hissəsini gələn həftə, Avropa birliyinin sammitində imzalanacağı gözlənilir”, - deyə Tusk bildirir.

“Assosiativ Sazişin siyasi hissəsini mümkün qədər tez imzalanmasına qərar verdik”, - A.Merkel əlavə edib.

Avropa Birliyinin növbəti sammiti martın 20-21-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR