ARDNŞ: Azərbaycan bu il yeni neft-qaz quyuları qazacaq və bir köhnə quyuları təmir edəcək

ARDNŞ: Azərbaycan bu il yeni neft-qaz quyuları qazacaq və bir köhnə quyuları təmir edəcək
# 12 mart 2014 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda ÜDM-in 40%-i neft sektorunun payına düşür, halbuki əvvəllər rəqəm 66% olub. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.


Onun sözlərinə görə, bu il Azərbaycan yeni quyuların qazılmasını həyata keçirəcək: «Həmçinin, köhnə quyular təmir ediləcək. «Abşeron» yatağında intensiv işlər aparılır. Bu yataq böyük həcmdə qaz verəcək və ölkə iqtisadiyyatına böyük həcmdə investisiya gətirəcək».


V. Bəylərbəyov deyib ki, ARDNŞ hazırda «Ümid» yatağında kondensat hasil edir: «Bu yataq da inkişaf etdiriləcək. Gələcəkdə bu və digər yataqlardan da hasil olunan qaz BTC-yə vurulacaq. Bu resurslar 2020-ci ildən sonra istifadə oluna bilər. Bu da ölkənin neft-qaz sektorunu daha da inkişaf etdirəcək».


ARDNŞ rəsmisi deyib ki, bu gün Xəzər dənizindəki bir çox yataqlar 1950-ci ildən istifadə olunur: «Gələcəkdə «Kəpəz» yatağı da orada olan problemlər həll edildikdən sonra istifadəyə veriləcək. Ancaq hələ orada heç bir iş aparılmır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR