FHN Fransanın Azərbaycandakı səfirliyində xüsusi təlim keçirib - FOTOSESSİYA - VİDEO

FHN Fransanın Azərbaycandakı səfirliyində xüsusi təlim keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 13:51 (UTC +04:00)

APA-nın məlumatına görə, Səbail rayonu, Rəsul Rza küçəsi-7 ünvanında yerləşən səfirliyin inzibati binasında baş tutan təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarətdir.

Təlimin sonunda Fransanın Azərbaycandakı səlahiyyətli səfiri Paskal Monye jurnalistlərə açıqlamasında bildirib ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının işindən razı qalıb. Lakin səfirliyin ərazisində avtomobillərin çox olması yanğınsöndürənlərin işinə mane olur: “Mən qeyd etmək istəyirəm ki, Bakıda və bizim səfirliyin yerləşdiyi ərazidə avtomobillərin hərəkəti yanğınsöndürənlərin işinə mane olur. Bu problemin ardan qaldırılması istiqamətində iş aparmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR