Mərakeş parlamentin Xarici əlaqələr komitəsinin sədri Azərbaycana gələcək

Mərakeş parlamentin Xarici əlaqələr komitəsinin sədri Azərbaycana gələcək
# 18 fevral 2014 12:10 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Mərakeş parlamentin Xarici əlaqələr komitəsinin sədri Əli Kəbiri Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Həmi məlumat verib.

Onun sözlərinə görə, fevralın 19-22-də baş tutacaq səfər zamanı Əli Kəbiri Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri, digər parlamentarlar, xarici işlər və mədəniyyət nazirləri ilə görüşəcək.

H.Həmi əlavə edib ki, səfər zamanı Mərakeşlə Azərbaycan arasında ikitərəfli və parlamentlərarası əlaqələrlə bağlı müzakirələr keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR