Səfir: “Con Kerrinin Cənubi Qafqaz və Azərbaycana səfərinin dəqiq tarixi hələ məlum deyil”

Səfir: “Con Kerrinin Cənubi Qafqaz və Azərbaycana səfərinin dəqiq tarixi hələ məlum deyil”
# 20 iyun 2014 08:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ dövlət katibi Con Kerrinin yayın əvvəllərində Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edəcəyi barədə mətbuatda yazılan xəbərlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, R. Morniqstar səfər tarixi barədə ilk dəfə eşitdiyini söyləyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri bu bölgəyə və Azərbaycana səfər etməyi çox istəyir.

“Amma səfərin dəqiq tarixi hələ məlum deyil”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR