İmişlidə mikroavtobus 74 yaşlı piyadanı vuraraq öldürüb - VİDEO

İmişlidə mikroavtobus 74 yaşlı piyadanı vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 07:54 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Xəlfəli kəndindən keçən hissəsində qeydə alınıb. Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı mikroavtobusla İmişli istiqamətində hərəkətdə olarkən yolu keçməkdə olan 74 yaşlı Süleyman Şirinovu vurub. Yaralı hadisə yerində dünyasını dəyişib. Qəza zamanı mikroavtobus idarəetməni itirib qarşı istiqamətdən gələn “KaMAZ” markalı avtomobilə çırpılıb.

Ölən şəxsin yol tikintisini həyata keçirən şirkətin həkimi olduğu bildirilir. Hadisə yerində olan sakinlər qəzanın baş vermə səbəbini yüksək sürət və yoldakı nişanların olmaması ilə əlaqələndirir.

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR