Əfqanıstan paytaxtında taliblər əcnəbilərin qaldığı otelə hücum ediblər

Əfqanıstan paytaxtında taliblər əcnəbilərin qaldığı otelə hücum ediblər
# 28 mart 2014 15:03 (UTC +04:00)

Bakı-APA. Əfqanıstan paytaxtında taliblər əcnəbilərin qaldığı otelə hücum ediblər.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Haşmat Stankizay bəyan edib.

O bildirib ki, hücum otelin girişində güclü partlayşdan sonra baş verib.

Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. Minalanmış avtomobil partladıqdan sonra bir neçə silahlı binaya daxil olub.

Taliblərin hazırda oteldə olduğu, ərazidə anti-terror əməliyyatının keçirildiyi bildirilir.

Artıq “Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Taliblər bəyan ediblər ki, hədəf xaricilər üçün nəzərdə tutulmuş otel və xristian kilsəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR