Bakıda saxta kabel istehsalçısı aşkar edilib

Bakıda saxta kabel istehsalçısı aşkar edilib
# 24 may 2013 06:42 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda saxta kabel istehsal edən sex aşkarlayıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çkalov küçəsi,10B ünvanında fəaliyyət göstərən fiziki şəxs Vaqif Manaf oğlu Quliyevə məxsus sexdə aparılan yoxlama zamanı saxta elektrik kabel və naqillər istehsal edildiyi müəyyən olunub. Belə ki, sexdə istehsal olunan elektrik kabel və naqillərin Türkiyənin «Özgüven Kablo Sanayi ve Ticaret Ltd.» şirkətinin istehsalı kimi saxtalaşdırılaraq istehlakçılara «Yurd Kablo» və «Onur Kablo» adları altında təqdim edildiyi aşkarlanıb.

Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs V.Quliyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR