Dövlət Gömrük Komitəsi Azərbaycana pirotexniki vasitələr gətirmək istəyən şəxslərə xəbərdarlıq edib - FOTO

Dövlət Gömrük Komitəsi Azərbaycana pirotexniki vasitələr gətirmək istəyən şəxslərə xəbərdarlıq edib  - <span style="color: red;">FOTO
# 28 dekabr 2013 11:09 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, gömrük orqanları tərəfindən bu kimi halların qarşısının alınması məqsədilə aparılan qətiyyətli tədbirlər davam etdirilir.

Təkcə Tovuz Gömrük İdarəsinin tabeliyində olan sərhəd-gömrük postlarında pirotexniki vasitələrin gömrük nəzarətindən gizlin və ya bəyan olunmamış şəkildə aşkar olunaraq saxlanılmasına dair 19 fakt üzrə müvafiq araşdırma başlanıb. Saxlanılmış külli miqdarda pirotexniki vasitələrin əksəriyyəti Çin Xalq Respublikasında istehsal edilən, təhlükəsizlik meyarlarına cavab verməyən müxtəlif markalı fişənglər və xırda petardlardan ibarət olub. Gömrük nəzarətindən gizlin şəkildə aşkar olunan bu kimi mallar adətən nəqliyyat vasitələrinin yük yerindən, ehtiyat təkərin içərisindən, mühərrik hissədə olan boşluqlardan, nəqliyyat vasitələrinin salonunda oturacaqların altından və bir sıra gizlin saxlanc yerlərindən aşkar olunub.

Aparılan araşdırmalardan 11 fakt üzrə toplanmış materiallar müvafiq məsuliyyət üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, 8 fakt üzrə isə icraat gedir.

DGK bir daha xəbərdarlıq edir ki, mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu cür malların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı gömrük orqanları tərəfindən qətiyyətlə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR