Bir qrup müharibə əlilinə minik avtomobilləri təqdim olunub - FOTO

Bir qrup müharibə əlilinə minik avtomobilləri təqdim olunub - <span style="color: red;">FOTO
# 19 dekabr 2013 12:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 37 müharibə əlilinə “NAZ-Lifan” markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, onlardan 2 nəfəri Böyük Vətən müharibəsi, digərləri Qarabağ müharibəsi əlilləridir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov dövlət başçısının əlillərə, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlara göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edilib ki, hazırda təqdim olunan avtomobillər də daxil olmaqla cari il ərzində müharibə əlillərinə 280 ədəd minik avtomobili verilib. Ümumiyyətlə, bu vaxta qədər 3600 nəfərdən çox əlil dövlət hesabına minik avtomobili ilə təmin olunub.

Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobillərin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının ön səhifəsində ictimaiyyətə təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR