İranın Rusiyadakı səfiri: “Rusiya neftin qarşılığında İran üçün yeni AES inşa edə bilər”

İranın Rusiyadakı səfiri: “Rusiya neftin qarşılığında İran üçün yeni AES inşa edə bilər”
# 18 fevral 2014 09:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Rusiya İrana ikinci atom-elektrik stansiyasını (AES) neftin qarşılığında inşa edə bilər”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sənayi bildirib.

Onun sözlərinə görə, bu təklif iki ölkə arasında “neft və mal barteri” layihəsi çərçivəsində irəli sürülüb: “Ötən ilin sentyabrında hər iki ölkənin prezidenti Həsən Ruhani və Vladimir Putin arasında keçirilmiş görüşdə də gündəlik yüz minlərlə barel İran nefti qarşılığında Rusiya mallarının mübadiləsi məsələsi müzakirə edilib. İran neft qarşılığında Rusiyadan ağır maşınlar və dəmir yolu avadanlıqları almağa meyllidir. Qalan neft məbləği də Rusiya tərəfindən İranda yeni AES-in inşasına istifadəsinə sərf edilə bilər”.

Qeyd edək ki, İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi rusiyalı mütəxəssislərin fevralın sonlarında yeni stansiyanın inşası məqsədilə Tehrana səfər edəcəklərini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR