Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
# 22 aprel 2014 11:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsini müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, iclasda sənəd barədə komitə sədri Rəbiyyət Aslanova məlumat verib.

Bildirilib ki, protokola dəyişikliklər sənədi ötən ilin dekabrın 18-də Strasburqda imzalanıb.

Müzakirələrdən sonra layihə təsdiq olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR