Çində əmək düşərgələri ləğv olunacaq

Çində əmək düşərgələri ləğv olunacaq
# 28 dekabr 2013 04:21 (UTC +04:00)

Bakı-APA. Çində əmək vasitəsi ilə islah sistemi ləğv olunub. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumçin xalq nümayəndələri Şurasının daimi komitəsinin qətnaməsində bildirilir.

Müvafiq qərar yüzlərlə əmək-islah düşərgənin bağlanmasını nəzərdə tutur. Rəsmi məlumatlara görə, hazırda Çində 351 belə düşərgə var.

Qeyd edək ki, Çində insanların əmək vasitəsi ilə islah edilməsini nəzərdə tutan sistem 1957-ci ildə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR