Ukrayna MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının martın 12-də çağırılması təklifi ilə çıxış edib

Ukrayna MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının martın 12-də çağırılması təklifi ilə çıxış edib
# 10 mart 2014 21:47 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Ukraynanın MDB-dəki daimi nümayəndəsi İvan Buneçko bildirib.

İ. Buneçkonun sözlərinə görə, martın 11-də Minskdə birlik ölkələrinin MDB-dəki daimi nümayəndələri Ukraynanın MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının çağırılması təklifinə baxılacaq: “Birlik ölkələrinin MDB-dəki daimi nümayəndələri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunacaq məsələlərə baxacaq. İclas qapalı formatda keçiriləcək”.

Qeyd edək ki, Ukrayna MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının əvvəlcə martın 7-də, daha sonra isə martın 12-də MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının çağırılması təklifi ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR