Yanukoviç: “Kiyevdə məni atəşə tutdular”

Yanukoviç: “Kiyevdə məni atəşə tutdular”
# 28 fevral 2014 15:05 (UTC +04:00)

Bakı – APA. “Kiyevdə mənim avtomobilim atəşə tutulub. Mən qaçmamışam, Kiyevdən Xarkova getmişəm”.

APA-nın məlumatına görə, bunu Rusiyanın Rostov-na-Donu şəhərində keçirilən brifinqdə Viktor Yanukoviç bəyan edib.

“Biz Kiyevə gələndə, şəhərə radikal qrupların axışmağa başladığı məlum olmuşdu. Heç bir qorxu hissi yox idi, sadəcə təhlükəsizlik qaydaları var idi. Mən Rıbakla Klyuyevdən Donetskə getməyi xahiş etdim, özüm isə Luqanska yollanmaq qərara aldım. İki helikopterlə çıxdıq. Hərbi dispetçerlər bizə xəbərdarlıq etdilər ki, istiqaməti dəyişməsək, havaya qırıcılar qalxacaq. Ona görə də helikopterdə olan pilotlar Donetskdə enməyə məcbur oldular”, -deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR