Azərbaycanın siyasi partiyası Ermənistandan olan siyasətçilərin qatılacağı forumda iştirakdan imtina edib

Azərbaycanın siyasi partiyası Ermənistandan olan siyasətçilərin qatılacağı forumda iştirakdan imtina edib
# 24 aprel 2014 12:42 (UTC +04:00)

Bakı-APA. Anna Vətən Partiyası (AVP) Niderland Çoxpartiyalı Demokratiya İnstitutu (NİMD) tərəfindən 26-27 aprel tarixində keçiriləcək Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumuna qatılmaqdan imtina edib.

AVP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NİMD 2013-cü il 29-30 iyun tarixlərində də eyni formatda tədbir təşkil edib.

Bir çox partiyalar kimi AVP nümayəndəsi də tədbirə dəvət olunub və tədbirdə müzakirə edilən məsələlərlə bağlı fəal çıxış edib. Həmin Forumda Azərbaycandan olan gənc siyasətçilərin torpaqlarımızın işğalı ilə bağlı kəskin münasibətlərini bildirmələrinə baxmayaraq, Ermənistanı təmsil edən gənc siyasətçilər mənsub olduqları dövlətin işğalçılıq siyasətinə haqq qazandırmağa cəhd ediblər.

AVP hesab edir ki, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə Azərbaycan və Ermənistan gənclərinin yaxınlaşması mümkün deyil. Partiya bu səbəbdən Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumunda iştirak etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR