Xərçəngə tutulmuş uşaqların Beynəlxalq Günü ilə bağlı tədbir keçirilib

Xərçəngə tutulmuş uşaqların Beynəlxalq Günü ilə bağlı tədbir keçirilib
# 15 fevral 2014 09:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün "Leykemiya ilə mübarizə" İctimai Birliyi "15 fevral- xərçəngə tutulmuş uşaqların Beynəlxalq Günü" ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Birliyin direktoru Mehriban Bağırova çıxış edərək bildirib ki, Azərbaycanda 4-cü ildir ki, bu gün qeyd olunur: "Bu gün ictimaiyyətin və dövlət strukturlarının diqqətini xərçəngə tutulmuş uşaqların problemlərinə cəlb etmək məqsədilə keçirilir. Bizim İctimai Birliyin qeydiyyatında olan bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı 279 nəfərdir. Ayrı-ayrı vətəndaşların köməyi ilə dərman preparatlarının alınmasında, xaricdə müalicənin təminində, kommunal problemlərinin həllində 122 uşağa yardım göstərilib".

Daha sonra Respublika Talassemiya Mərkəzinin "Transplantasiya və Hematologiya" şöbəsinin müdiri Nərgiz Əliyeva çıxış edib. O bildirib ki, Azərbaycanda ilk dəfə mart ayında irsi qan xəstəlikləri ilə bağlı 3 nəfərdə sümük iliyi transplantasiyası keçiriləcək.

Daha sonra QHT nümayəndələri və digər həkimlər xəstəlik haqqında ətraflı məlumat veriblər.

Tədbirin sonunda İB-in Azərbaycanda leykemiya xəstəliyinin müasir və keyfiyyətli müalicəsinin tətbiqi üçün hazırladığı tədbirlər planı haqqında məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR