Akkan Suver: “Bu, yalnız Azərbaycanın yox, Türkiyənin, Qafqazın və türk dünyasının seçimidir” - FOTO

Akkan Suver: “Bu, yalnız Azərbaycanın yox, Türkiyənin, Qafqazın və türk dünyasının seçimidir” - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 11:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda seçki məntəqələrində gördüklərimiz gələcəyə olan inamımızı artırıb”. Bunu APA-ya açıqlamasında seçkiləri izləyən Türkiyənin Mərmərə qrupunun Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver deyib. Gün ərzində bu saata kimi 9 seçki məntəqəsində olduqlarını söyləyən A. Suver bildirib ki, hər yerdə sakit şəkildə səsvermə keçirilir və insanları öz seçimlərini edirlər: “Prezident seçkilərini yalnız Azərbaycanın seçimi olaraq qiymətləndirmirik, bu, eyni zamanda Türkiyənin, Qafqazın və ümumilikdə türk dünyasının seçimidir. Burada olacaq seçim bütün türk dünyasına yayılacaq. Bu vaxta kimi apardığımız müşahidələr hər şeyin yüksək səviyyədə keçirilməsini sübut edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR