Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 11 oktyabr 2013 09:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək “Ceyranbatan” ölçü qovşağında, saat 16:00-dək “28 May”, “Zirə-3”, “Dübəndi vaqon”, “Şimal DRES”, “Təzə Qanlıgöl” Qazpaylayıcı Stansiyalarında, saat 17:00-dək “Əhmədli” Qazpaylayıcı Məntəqəsindən qidalanan 325 mm-lik qaz kəmərində, “Keşlə” Qazpaylayıcı Məntəqəsindən qidalanan “Xətai” qaz kəmərində, saat 18:00-dək “Qazax” Qazpaylayıcı Stansiyasında, “Ağköynək” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Gəncə” Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan “Gəncə-Ziyadlı” qaz kəmərində, “Biləcəri” və “BMSK”, saat 18:00-dək isə “Zaqatala” (1-ci xətt) və “Zaqatala” (2-ci xətt), eləcə də “Dəliməmmədli” ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq.

Qeyd edək ki, təmir işləri aparılan müddətdə Zaqatala rayonuna, Goranboy, Samux və Qazax rayonlarının bir hissəsinə, eləcə də Bakının Xətai, Xəzər rayonunun Zirə, Şüvəlan və Mərdəkan qəsəbələrinə, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinə, Binəqədi rayonunun Biləcəri və Xocahəsən qəsəbələrinə, Motodrom adlanan yaşayış sahəsinə, Yasamal rayonunun Yeni Yasamal və II Alatava qəsəbələrinə təbii qazın verilməsində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR