Ukraynada prezidentlə müxalifət arasında məsləhətləşmələr gələn həftə davam etdiriləcək

Ukraynada prezidentlə müxalifət arasında məsləhətləşmələr gələn həftə davam etdiriləcək
# 03 fevral 2014 12:34 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Viktor Yanukoviç gələn həftə müxalifətlə məsləhətləşmələri davam etdirəcək.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ukrayna parlamentinin spikeri Vladimir Rıbak deyib.

“Prezident müxalifət nümayəndələri ilə danışıqlar aparacaq. Hələlik Ali Radaya prezidentdən baş nazir postuna namizədlə bağlı heç bir sənəd gəlməyib”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR