İran təhlükəsizlik qüvvələri ilə PEJAK arasında silahlı toqquşma olub, üç terrorçu öldürülüb

İran təhlükəsizlik qüvvələri ilə PEJAK arasında silahlı toqquşma olub, üç terrorçu öldürülüb
# 26 oktyabr 2013 11:12 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Kürdüstan vilayətində toqquşma baş verib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 25-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT), İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Nizam-İntizam Qüvvələri ölkənin qərbində yerləşən Kürdüstan vilayətinin Banə şəhərində birgə əməliyyat keçirib.

Əməliyyat zamanı PKK terror təşkilatının İran qolu sayılan PEJAK üzvləri ilə toqquşma baş verib. 5 nəfərdən ibarət terrorçu qruplaşmanın 3 üzvünün öldürüldüyü, 2-nin isə diri olaraq ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, 2013-cü il oktyabrın 10-da Banənin Savan məntəqəsində PEJAK-la baş vermiş toqquşmada SEPAH-ın 5 üzvü həlak olub, daha 2 hərbçi isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR