“PAŞA Həyat Sığorta” iki sığorta hadisəsinə görə 100 min manata yaxın ödəniş edib

“PAŞA Həyat Sığorta” iki sığorta hadisəsinə görə 100 min manata yaxın ödəniş edib
# 24 iyun 2014 10:49 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli iki sığorta ödənişini həyata keçirib.


Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “PAŞA Həyat” tərəfindən sığortalanmış iki işçi (iki müxtəlif sığortalı müəssisənin əməkdaşları) istehsalat zamanı bədbəxt hadisə nəticəsində həyatını itirib. Müxtəlif vaxtlarda baş vermiş bədbəxt hadisələrə görə ümumilikdə 99,149 min manat həcmində sığorta ödənişi verilib.


Şirkət tərəfindən sığortalandığı müəssisələrdə istehsalat zamanı vəfat etmiş şəxslərin ailələrinə müvafiq olaraq 52,317 min manat və 46,832 min manat həcmində birdəfəlik ödənişlər həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR