İran XİN: “Böyük Britaniya ilə münasibətlərimiz bərpa olunur”

İran XİN: “Böyük Britaniya ilə münasibətlərimiz bərpa olunur”
# 25 iyun 2014 09:43 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran-Böyük Britaniya münasibətləri yavaş-yavaş bərpa olunur.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm Tehranda yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən ilin sentyabrında BMT Baş Assambleyasının sessiyası çərçivəsində İranla Böyük Britaniyanın xarici işlər nazirləri arasında keçirilmiş görüşdə münasibətlərin tədricən bərpa olunması barədə razılıq əldə edilib.

“Həmin vaxtdan başlayaraq iki ölkə arasında münasibətlər addım-addım bərpa edilir. Belə ki, ilkin addım olaraq hər iki ölkə daima bir yerdə qərarlaşmayan müvəqqəti işlər vəkillərini müəyyənləşdirdilər. Hazırda İranın Böyük Britaniyadakı səfirliyinin həmvətənlərimizə xidmət göstərməsi üçün fəaliyyətə başladığının şahidiyik. Ümumiyyətlə, hazırda İran və Böyük Britaniya səfirliklərinin fəaliyyətə başlaması üçün işlər görülür”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR