Qazaxıstan parlamentinin Məclis sədri BDU-nun müəllim-tələbə heyəti ilə görüşüb - FOTO

Qazaxıstan parlamentinin Məclis sədri BDU-nun müəllim-tələbə heyəti ilə görüşüb - <span style="color: red;">FOTO
# 20 fevral 2014 15:20 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Qazaxıstan parlamentinin Məclis sədri Nurlan Niqmatulinin rəhbərlik etdiyi nümayəndə heyətini Bakı Dövlət Universitetinin (BDU) müəllim-tələbə heyəti ilə görüşüb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov qonağı təqdim edərək, onun haqqında ətraflı məlumat verib.

O, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından bəhs edərək deyib ki, bu ölkələr ortaq dil, mədəniyyət və tarixə malik olan qardaş dövlətlərdir. Əsrlər boyu xalqlarımız bir-birinə bağlı olub və həmişə bu əlaqələri qorumaq, gücləndirmək və genişləndirmək istiqamətində səy göstəriblər. Hazırda qarşılıqlı uğurlu əlaqələrin mövcud olması Heydər Əliyev və Nursultan Nazarbayevin birgə səyləri nəticəsində hasil olub.

Daha sonra çıxış edən Qazaxıstan parlamentinin Məclis sədri Nurlan Niqmatulin BDU-nun onda xoş təəssüratlar yaratdığını və bu qocaman ali təhsil ocağının kollektivi ilə görüşməsindən məmnunluğunu ifadə edib. Qonaq ölkələrimiz arasında mövcud olan münasibətlərdən, ölkəsinin xarici siyasəti, iqtisadiyyatın bugünkü durumu, ölkə qarşısında duran məqsəd və digər bu kimi mühüm məsələlərdən danışıb.

Qeyd edək ki, qonaq universitetin Heydər Əliyev Muzeyi, Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi ilə tanış olub.

Xatırladaq ki, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmutalin fevralın 19-da Azərbaycana rəsmi səfərə gəlib. Müxtəlif rəhbər vəzifələrdə çalışan Nurlan Niqmatulin Astana şəhər İcra Hakiminin müavini, Prezident Administrasiyası rəhbərinin müavini, Qaraqanda vilayətinin qubernatoru, "Nur Otan" partiyası sədrinin birinci müavini (Qazaxıstan Respublikasının iqtidar partiyası) vəzifələrində çalışıb. Artıq iki ildir ki, Qazaxıstan parlamentinin Məclis sədri vəzifəsində çalışan N.Niqmatulin hökumətin ali mükafatları olan “Kurmet” ordeni və II dərəcəli “Barıs” ordeni ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR