Rumıniyanın dövlət katibi Azərbaycana gəlir

Rumıniyanın dövlət katibi Azərbaycana gəlir
# 12 mart 2014 10:44 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku bu həftə Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, B. Auresku Azərbaycanın və Rumıniyanın xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılması üçün Bakıya gələcək.

Səfər zamanı – martın 14-də B. Aureskunun Azərbaycan Diplomatik Akademiyasında “NATO 21-ci əsrdə. Böyük Britaniyada keçiriləcək sammitin perspektivləri” mövzusunda mühazirə ilə çıxış etməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR