Xocalı qurbanlarının xatirəsi Haaqada anılıb - FOTOSESSİYA

Xocalı qurbanlarının xatirəsi Haaqada anılıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2014 08:53 (UTC +04:00)

Bakı-APA. Hollandiyanın Haaqa şəhərində Xocalı faciəsinin 22-ci ildönümündə soyqırımı qurbanlarının xatirəsi yad edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan aksiyada Haaqa Dinlərarası Dialoq Platformasının rəhbəri Bart en Broeck, tanınmış holland jurnalisti Jack Kroes, Azərbaycan və Türkiyənin Niderlanddakı səfirliklərinin nümayəndələri, Azərbaycan və Türk icmalarının təmsilçiləri, yazıçı-şair Orhan Aras, jurnalistlər, siyasətçilər və yerli sakinlər iştirak edib.

Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra şəhidlərin ruhuna dualar oxunub. Daha sonra Xocalıda öldürülən 83 uşağın xatirəsinə üzərində bu balacaların adı yazılmış 83 ədəd ağ şar havaya buraxılıb, abidənin önünə qərənfillər qoyulub.

Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin prezidenti İlhan Aşkın tədbirdə çıxış edərək deyib ki, soyqırımın tanınması üçün bütün imkanlardan istifadə olunur: "Bosniya-Hersoqovina, Pakistan, Macarıstan kimi ölkələr bu qətliamı soyqırımı kimi tanıyıb. Biz çalışırıq ki, Hollandiyada da belə qərar qəbul olunsun. Bu problemin Hollandiya parlamentində müzakirəyə çıxarılması üçün var gücümüzlə çalışırıq. Bu məqsədlə imza kampaniyası keçirməyi planlaşdırırıq".


Aksiyaya 500-dən artıq insan iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR