ARDNŞ: «Azəriqaz»ın Regional qaz istismarı İdarələri yaradılacaq

ARDNŞ: «Azəriqaz»ın Regional qaz istismarı İdarələri yaradılacaq
# 04 mart 2014 13:51 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnsan resursları Departamentinin rəisi Asif Bəkirli bildirib: «Bu islahatların həyata keçirilməsi prosesinin gedişində müəyyən sayda işçi heyətinin sərbəstləşməsi qaçılmazdır. Məsuliyyətlə qeyd etməliyəm ki, ixtisası üzrə müvafiq bilik və səriştəyə malik olan hər bir Azərbaycan vətəndaşı müəyyən vaxt çərçivəsində özünü qane edəcək səviyyədə işlə təmin olunma və karyerasını inkişaf etdirmək şansına malikdir».

A.Bəkirli vurğulayıb ki, qeyd olunan prinsiplərin həyata keçirilməsi çərçivəsində «ARDNŞ-in bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram» təsdiq edilərək icrasına başlanılıb: «Bu struktur dəyişikliklərindən biri də ARDNŞ-in müvafiq əmrlərinə əsasən hazırda «Azəriqaz» İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin yenidən təşkil edilərək onların bazasında Regional qaz istismarı İdarələrinin yaradılması tədbirləridir. ARDNŞ-in əmri ilə təsdiq edilmiş SOCARSS-003.2013 standart sənədinə əsasən struktur dəyişikliklərinin həyata keçirildiyi müəssisə və təşkilatları ilə birlikdə işçilərin əmək münasibətlərinin davam etdirilməsinin araşdırılması və bu istiqamətdə qüvvədə olan qanunvericiliyə, ARDNŞ-in daxili normativ sənədlərinə və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlərin həyata keçirilməsi ARDNŞ-in baş ofisinin İnsan resursları Departamentinə həvalə edilib».

A.Bəkirli deyib ki, bununla bağlı ilk növbədə Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər müəyyən edilərək mövcud vakansiyalar üzrə yerləşdiriləcək: «Daha sonra, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və daha yüksək peşəkarlıq səviyyəsinə malik olan işçiləri işdə saxlanılmasını təmin etmək məqsədi ilə təsdiq edilmiş qrafik əsasında ARDNŞ-in İnsan resursları Departamenti tərəfindən test imtahanları təşkil ediləcək. Bundan sonra isə imtahan nəticəsində peşəkarlıq səviyyəsi daha üstün olan işçilər mövcud vakansiyalar üzrə yerləşdiriləcək. Digər işçilər isə sərbəstləşmiş işçilər qismində müəyyən ediləcək».

A.Bəkirli qeyd edib ki, ARDNŞ-də gələcəkdə də həyata keçiriləcək struktur dəyişiklikləri yuxarıda göstərilən qaydada aparılacaq və müəssisənin müvafiq mütəxəssislərinin, lazım gələrsə mətbuat və QHT nümayəndələrinin iştirakı ilə şəffaflıq, obyektivlik, ədalətlilik prinsipləri çərçivəsində tənzimlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR