Bakı Yod Zavodunun Ramana və Suraxanı istehsalat sahələrinin reabilitasiya olunmuş əraziləri insanların istifadəsinə veriləcək

Bakı Yod Zavodunun Ramana və Suraxanı istehsalat sahələrinin reabilitasiya olunmuş əraziləri insanların istifadəsinə veriləcək
# 06 mart 2014 09:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Abşeronun ekoloji bərpa proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bəzi çirklənmiş ərazilərin, o cümlədən keçmiş Bakı Yod Zavodunun Ramana və Suraxanı istehsalat sahələrinin təmizlənmə prosesi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tələblərinə uyğun olaraq başa çatdırılıb.

APA-nın xəbərinə görə, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Cəlal Nağıyev Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində keçirilən növbəti seminar-məşğələdə çıxışı zamanı deyib ki, reabilitasiya olunmuş ərazilər - Ramanıda istirahət parkı, Suraxanıda isə meşə zolağı kimi insanların istifadəsinə təhvil verilmə ərəfəsindədir.

Onun sözlərinə görə, institutun Gömrük Komitəsi, Xüsusi Xidmət Orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Xəzər Ekoloji Laboratoriyası və elmi-tədqiqat İnstitutları ilə texniki əməkdaşlıq çərçivəsində 148 nümunə radiospektral analiz edilib. ETSN-in Milli Geoloji Axtarış Ekspedisiyası radioaktiv və kompleks elementlərin Əshabi-kəhf və Ləkətağ sahələrindən götürülmüş 650 nümunənin radionuklid tərkibi qamma spektrometrik metodlarla tədqiq edilib. Təqdim olunmuş nümunələrin tərkibində təbii və süni Cs-137 radionuklidlər müşahidə olunub. Nümunələrdə uranın miqdarı qamma və alfa spektrometrik metodla təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR