Azərbaycanda xidmətlər indeksi kəskin azalıb

Azərbaycanda xidmətlər indeksi kəskin azalıb
# 20 fevral 2014 14:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2014-cü ilin yanvar ayı üzrə 67,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dekabr ayı müqayisədə 71,8 faiz bəndi azalıb.

Göründüyü kimi, azalmaqla yanaşı indeks 100%-dən aşağı düşüb ki, bu da hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki ayla müqayisədə azalmasından xəbər verir.

Qeyd edək ki, xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi ilə hesablanır. Belə ki, yanvarda əhaliyə 578,8 mln. manat həcmində pullu xidmətlər göstərilib, dekabrda isə bu həcm 859,4 mln. manata bərabər olub. Müqayisə üçün bildirək ki, noyabr ayında bu göstərici 617,7 mln. manat təşkil edib. Göründüyü kimi, xidmətlər indeksinin kəskin azalması dekabrda xidmətlərin həcminin çox yüksək olması səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR