YAP rəhbərliyi özünü yandıran Qarabağ əlilinə baş çəkib - FOTO - VİDEO

YAP rəhbərliyi özünü yandıran Qarabağ əlilinə baş çəkib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 dekabr 2013 09:19 (UTC +04:00)

APA-nın xəstəxanada olan əməkdaşını verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı bu gün Zaur Həsənova baş çəkiblər. Yaralının vəziyyəti ilə maraqlanan deputatlar xəstəni ziyarət etməyə gələn digər əlillərlə də görüşərək məsələ ilə yaxından tanış olublar.

S.Novruzov APA-ya açıqlamasında bildirib ki, xəstənin vəziyyəti tam nəzarət altındadır: “Yaralıya nə lazımdırsa, olunur. Xəstə sağalandan sonra onun məsələsinə hüquqi qaydada baxılacaq”.

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR