Nazim Süleymanov: “Neftçi”dən gedənlərin siyahısı məlum deyil

Nazim Süleymanov: “Neftçi”dən gedənlərin siyahısı məlum deyil
# 24 dekabr 2013 14:34 (UTC +04:00)

Bakı - APA. “Qış fasiləsində komandadan ayrılacaq futbolçuların dəqiq siyahısı məlum deyil. Gedənlərin adlarına klubdaxili iclasdan sonra aydınlıq gələcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Nazim Süleymanov deyib.


Topaz Premyer Liqasında yaranmış dövrələrarası fasilələrlə əlaqədar əksər klublar artıq transfer çalışmalarına start veriblər.

Hazırda əsas məsələ gedənlərin siyahısını müəyyənləşdirilməsidir. Bu mənada “Neftçi”ni tərk edəcək futbolçuların kimliyi də maraq doğurur. Artıq makedoniyalı İqor Mitreskinin, braziliyalı Bruno Bertuççinin və hollandiyalı Melvin Platyenin “ağ-qaralar”la yollarını ayıracaqları yönündə xəbərlər dolaşır.

Süleymanov söz-söhbətlərə belə aydınlıq gətirib: “Bircə onu deyə bilərəm ki, Bertuççi Avropa klublarından birindən dəvət alıb. Mitreski və Platyenin gələcək taleyi ilə bağlı konkret heç nə söyləyə bilmərəm. Başqa klublarda icarədə olan gənc futbolçularımızı da geri çağırmağı düşünürük. Əvəzində başqa yetirmələrimizi oyun praktikası qazanmaq üçün icarəyə verə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR