AMEA-da yeni təyinatlar olub - FOTO

AMEA-da yeni təyinatlar olub - <span style="color: red;">FOTO
# 21 fevral 2014 14:42 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb.

İclasın gündəliyindəki ilk məsələ ilə əlaqədar olaraq, AMEA-nın müxbir üzvü Kamal Abdulla rəhbəri olduğu Humanitar və İctimai Elmlər Bölməsinin 2013-cü ildəki elmi, elmi-təşkilati fəaliyyəti haqqında hesabatla çıxış edib.

O bildirib ki, dəqiq, sosial və humanitar elmlər arasında əlaqələrin yaradılması istiqamətində işlər aparılıb, yeyinti məhsullarının təhlükəsizliyi, qeyri-neft sənayesi, regionların tarazlı inkişafı, erməni terrorizmi və digər məsələlər tədqiq edilib. Qeyd olunub ki, ümumilikdə Qafqaz arxeologiyasında ilk dəfə yeni texnoloji vasitələrlə qeydiyyata alınmış abidələrin elektron xəritəsi yaradılıb.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin ötən ilki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Bölmə sədri, akademik İsmayıl Hacıyev bildirib ki, institut və elmi müəssisələrdə Naxçıvanın tarixi, mədəniyyəti və təbii sərvətlərinin əhatəli şəkildə tədqiqi davam etdirilib.

Müzakirəyə çıxarılmış növbəti məsələlər Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Bildirilib ki, regional qurumlar tərəfindən ölkə ərazisində yetişdirilən mədəni və yabanı dərman bitkilərinə dəyən ziyanın azaldılması, genefond bağının zənginləşdirilməsi və qorunaraq gələcək nəslə çatdırılması istiqamətində araşdırmalar davam etdirilir.

İclasda sözügedən qurumların hesabatı bəyənilib, elmi araşdırmaların genişləndirilməsi, inkişafı və müxtəlif istiqamətlərdə tədqiqatların aparılması ilə əlaqəli tövsiyələr verilib.

İclasın sonunda Zülfüqar Fərzəliyev “Elm” qəzeti, “Elm və həyat” jurnalının baş redaktoru vəzifəsinə təyin olunub. Rəyasət Heyətinin Mərkəzi Aparatının Hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov isə AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR