FHN: Bakıda baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb

FHN: Bakıda baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb
# 13 fevral 2014 13:18 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Əməliyyat saat 12:24-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR