Qusarda partlayış baş verib, xəsarət alan var - FOTOSESSİYA - VİDEO

Qusarda partlayış baş verib, xəsarət alan var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 mart 2014 07:24 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Qusarda yaşayış evində partlayış baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar şəhərində, Muxtadır küçəsi ev 126, mənzil 4 ünvanında qeydə alınıb. Partlayış zamanı ev sahibi, Qusar şəhər sakini, 84 yaşlı Salmanov Abdulrəşid Abduləziz oğlu müxtəlif bədən xəsarətləri alıb. Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən A.Salmanovun vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR