Zaqatalanın Muxax kəndində qədim məscidin həyətində yanğın olub - VİDEO

Zaqatalanın Muxax kəndində qədim məscidin həyətində yanğın olub - <span style="color: red;">VİDEO
# 18 fevral 2014 08:25 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalanın Muxax kəndində 19-cu əsrin axırlarında tikilmiş məscidin həyətində yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Muxax kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saat 09.40 radələrində kəndin mərkəzi məscidinin həyətində tikilmiş yardımçı tikilidə yığılmış quru ot kütləsi naməlum səbəbdən alışıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi ilə əlaqədar əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının qarşısı alınıb. Yanğın nəticəsində yardımçı tikilinin 100 kvadratmetr ərazisi və orada olan 300 tay ot bağlaması tamamilə yanıb. Məscid və ətrafda olan digər tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR