FHN Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb

FHN Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
# 13 fevral 2014 14:42 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış “LUKoil” yanacaq doldurma məntəqəsində partlayış hadisəsi baş verməsi barədə nazirliyə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən partlayış nəticəsində 2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR