Astarada çəltik əkini başlanıb - FOTO

Astarada çəltik əkini başlanıb - <span style="color: red;">FOTO
# 07 may 2014 19:44 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, bu il havaların əlverişli keçməsi məhsul istehsalçılarına əkinin optimal müddətdə başa çatdırılmasına imkan yaradıb. Dövlət tərəfindən çəltik əkininə görə hər hektar üçün 80 manat subsidiyanın ayrılması torpaq istehsalçılarının bu sahənin inkişafına marağını artırıb.

Hər il olduğu kimi cari mövsümdə də çəltik əkini rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərinin təsərrüfatlarını əhatə edib. Fermerlər əsasən “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Züdrəst” və “Həsəni” kimi toxum növlərinə üstünlük verirlər.

APA-nın bölgə müxbiri ilə söhbət zamanı torpaq mülkiyyətçiləri çəltik əkini, becərmə və məhsul yığımı zamanı mini texnikaların olmaması səbəbindən bir sıra problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Hazırda çəltikçilikdə əsasən əl əməyindən istifadə olunur. Bu sahədə mövcud olan toxumlar cırlaşdığından rayona yeni toxum sortlarının gətirilməsi zərurəti yaranıb.

Qeyd edək ki, ötən il Astara rayonunda 120 hektar sahədə çəltik əkilmişdisə, bu il bu rəqəmin170 hektara çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR