SAM-da Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib - FOTO

SAM-da Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 04 mart 2014 12:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, həmin şöbənin elmi işçiləri Mahir Hümbətov və Şahmar Hacıyev Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda olan missiyası ilə görüşüb.

SAM-dan APA-ya verilən məlumata görə, görüşdə BVF-nin Azərbaycan missiyasının rəhbəri Raja Almarzoqi və nümayəndə heyətinin üzvlərindən Maria Albino-Var, Brus Quillin, Sami Ben Naseur və Engin Akçakoca iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycanda fiskal dayanıqlıq, sənaye ili çərçivəsində görülən işlər, monetar siyasət və makroiqtisadi çərçivədə maraq doğuran digər məsələlərə toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR