Ukraynadakı hadisələrlə əlaqədar AB xarici işlər nazirlərinin növbədənkənar toplantısı keçiriləcək

Ukraynadakı hadisələrlə əlaqədar AB xarici işlər nazirlərinin növbədənkənar toplantısı keçiriləcək
# 19 fevral 2014 12:04 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Ukraynadakı hadisələrlə əlaqədar AB ölkələri xarici işlər nazirlərini növbədənkənar toplantıya çağırıb. APA-nın xəbərinə görə, iclas fevralın 20-də Brüsseldə keçiriləcək.

Qeyd edək ki, bu gün səhər K. Eşton AB-nin xarici siyasət və təhlükəsizlik üzrə komitəsinin növbədənkənar iclasını keçirib. O, komitəyə Ukraynada sülhün əldə olunması üçün bütün mümkün vasitələri araşdırmağı tapşırıb. K. Eştonun mətbuat xidməti bu vasitələr sırasında insan haqları pozuntuları və repressiyalarda əli olan şəxslərə qarşı AB tərəfindən məhdudlaşdırıcı tədbirlərin tətbiqinin də olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR