DİN Ağdaşda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

DİN Ağdaşda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
# 05 aprel 2014 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Ağdaşda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 4-də saat 16 radələrində Ağdaş rayonu Əmrahlı kəndinin ərazisində Qazax rayon sakini Elvin Lalayevin idarə etdiyi “VAZ-21074”, Hacıqabul rayon sakini Mehdi Əliyevin idarə etdiyi “KamAZ” və Tovuz rayon sakini Bəhram Əhmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə E.Lalayev və sərnişinləri - azyaşlı qızı Raya, Qazax rayon sakini Akifə Qaraxanova hadisə yerində ölüb, B.Əhmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR